Əlaqə Arxiv
news Image
2012.10.18
11:29
| A A A
SOCAR və bp rəhbərliyi “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsini müzakirə ediblər

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bp şirkətinin prezidenti Bob Dadli ilə görüş keçirib.

Görüşdə həmçinin bp-nin istehsal və kəşfiyyat üzrə icraçı qrupunun nümayəndələri də iştirak ediblər.

Görüş zamanı "Azəri-Çıraq-Günəşli" yataqlarında neft hasilatının idarə olunması üzrə sıx əməkdaşlıq edilməsinə dair razılaşma əldə olunub.

Görüşdən sonraB.Dadlininbildirdiyinə görə, görüş konstruktiv şəraitdə keçib və həll edilməli olan məsələlər hər kəsə aydındır.

"bp dünyanın ən böyük neft yataqlarından biri olan "Azəri-Çıraq-Günəşli"nin səmərəli şəkildə işlənməsi öhdəliyinə sadiqdir"- deyə, B.Dadli bəyan edib.

Sizin Reklam Yeriniz