Analar körpələri ilə küçələrə töküldülər
Movqe.Az bildirir ki, Bolqarıstanda
minlərlə ana, uşaq baxımı üçün təqdim edilən ictimai hüquqların
artması üçün hərəkət ediblər. Ölkənin 20 şəhərinin meydanlarında
toplanan analar, yanlarında körpələrini də gətiriblər. Paytaxt
Sofiyada parlament binasının qarşısına yığışan analar, uşaq
pullarının artırılması ilə bərabər körpələr evləri və ibtidai
zəmanətli yerlər də tələb ediblər. Paytaxtda orta məktəblərdə
qeydlər püşk atma ilə edildiyi üçün bir çox ailə bu imkandan
istifadə edə bilmir. Bolqarıstanda analar, doğumdan sonra 2 il
ərzində ayda 120 avro uşaq pulu alırlar.