Əlaqə Arxiv
news Image
2012.10.29
17:40
| A A A
Bəzi qrip peyvəndləri zərərli hesab olunub

Movqe.az xəbər verir ki, Novartis Almaniyaya ixrac etdiyi bəzi qrip peyvəndlərinin geri qaytarılmasını istəyib. İsveçrə dərman firması "Novartis" əsasən Almaniyaya ixrac etdiyi 'Beygripal' və 'Flaud' adlı qrip peyvəndlərinin toplanaraq Novartisin mərkəzinə təhvil verilməsini tələb edib. Çağırışa səbəb olaraq da peyvəndlərin olduğu şüşə kapsula diblərində çöküntü meydana gəlməsi göstərilib. Novartis firması bu il İsveçrə daxilində payladığı qrip peyvəndlərində heç bir problem olmadığını, paylanan peyvəndlərin rahatlıqla istifadə edilə biləcəyini bildirərək qrip mövsümünün yaxınlaşdığını da xatırladıb. Buna görə hər kəsin sağlamlığı üçün qrip peyvəndi etdirməsini təklif edib.

Sizin Reklam Yeriniz