26.500 müsəlman evindən didərgin düşüb
Movqe.az xəbər verir ki, Myanmarın
Araka bölgəsində azlıq təşkil edən müsəlmanlar və Rakinə
buddistləri arasında ötən həftə çıxan qarşıdurmalardan sonra
əksəriyyəti müsəlman olan 26 min 500 nəfərin evini tərk etdiyi
açıqlanıb. BMT-nin bölgə səlahiyyətlisi Aşok Niqama görə təxminən 5
min ev yanıb, 21 min 700 müsəlman evini tərk edib. Bəzi kəslərin
qaçanda gəmidə öldüyü bildirilib. Niqam "Vəziyyət çox
acınacaqlıdır" deyib. Qarşıdurmalarda ən az 80 nəfərin öldüyü
bildirilib.