Əlaqə Arxiv
news Image
2012.10.30
12:54
| A A A
“Azərenerji” ASC itkilərin qarşısının alınması üçün zəruri tədbirlər görür

"Azərenerji" ASC avadanlığın ifrat yüklənmədən və digər arzuolunmaz təsirlərdən qorunması, eyni zamanda itkilərin qarşısının alınması üçün zəruri tədbirlər həyata keçirir.

"Azərenerji" ASC-nin Mətbuat xıdmətindən bildirilib ki, cari ilin sentyabrında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 43 istehlakçının (bunun 41-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) sayğac uçot komplektində qüsur aşkarlanıb. Bu qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 56 min kilovatsaata yaxın (bunun 39,9 min kilovatsaatadan çoxu məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 3,4 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat ayında həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin olunub.

Ümumiyyətlə, cari ilin 9 ayı ərzində aşkar edilmiş 523 qayda pozuntusuna (bunun 492-i məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) görə isə 1 milyon 236,2 min kilovatsaatdan artıq (bunun 790,9 min kilovatsaata yaxını məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir) itirilmiş elektrik enerjisinin 74,2 min manata yaxın istehlak dəyəri bərpa edilib. Həmin bu məbləğin 60 faizdən artıq hissəsinin ödənişi təmin olunub və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbədən bu enerji təsərrüfatının transformator məntəqələrində (TM) və 10, 6 və 0,4 kV-lik şəbəkələrinin mövcud vəziyyəti barəsində daxil olan məlumata görə, EŞ-in xidməti ərazisindəki 10 kV-lik "Məhəmmədi", "Fatmai-2" və digər, 6 kV-lik "Novxanı-1", "Bağ", "Görədil bağ" və digər bir neçə hava xətlərində (HX) müəyyən dayaqlar arası naqil və həmin dayaqlardakı izolyatorlar da dəyişdirilib. Eyni zamanda 0,4 kV-lik şəbəkələrdə də müxtəlif təyinatlı təmir işləri aparılıb. Bu qabaqlayıcı tədbirlər nəticəsində şəbəkələrin enerji ötürmə qabiliyyəti artırılmış, elektrik enerjisinin keyfiyyəti və təhlükəsizliyi daha da möhkəmləndirilib.

Hesabat dövründə müəssisənin balans mənsubiyyətinə aid olan 10 TM-də də müxtəlif təyinatlı təmir işləri aparılıb, o cümlədən qoruyucular, 0,4 kV-lik açarlar quraşdırılıb və transformatorlara yağ əlavə edilib. Eyni zamanda bir transformator da əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilib.


Sizin Reklam Yeriniz