Əlaqə Arxiv
news Image
2012.10.31
10:52
| A A A
Xarici minik avtomobilləri üçün texniki baxış müddəti bu gün başa çatır

Baş Dövlət Yol Polisi İdarəsi xarici dövlətlərdə istehsal olunmuş minik avtomobilləri üçün texniki baxış müddətinin bu gün başa çatması ilə əlaqədar avtomobil sahiblərinə müraciət edib.

İdarənin şöbə rəisi Kamran ƏliyevSalamNews-a deyib ki, bunun üçün həmin avtomobillərin texniki baxışdan keçməsi mütləqdir.

Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə nəqliyyаt vаsitəsini teхniki bахışdаn keçirməməyə görə, fiziki şəхslər 30 mаnаt miqdаrındа, vəzifəli şəхslər 40 mаnаtdаn 70 mаnаtаdək miqdаrdа cərimə edilirlər.

K.Əliyev həmçinin deyib ki,mühərrikin işçi həcmi 2000 kub sm-ə qədər olan minik avtomobilləri üçün hər kub sm görə 1 qəpik, 2000 kub sm-dən çox olan minik avtomobilləri üçün 20 manat+ mühərrikin həcminin 2000 kub sm-dən çox hissəsi üçün hər kub sm-ə görə 2 qəpik yol vergisi tutulur, əlavə olaraq avtonəqliyyat vasitələrinə xidmətlərin göstərilməsi üçün 10 manat dövlət rüsumu ödənilir.

Sizin Reklam Yeriniz