“İrana qarşı hərbi variantların tətbiqi gündəmdədir”
"İrana qarşı hərbi variantların tətbiqi
gündəmdədir". Bu fikirləri İran hüquq-mühafizə qüvvələrinin
komandanı, general İsmayıl Əhmədi Müqəddəm bildirib. Onun sözlərinə
görə, bununla bağlı irəli sürülən iddialar tamamilə gerçəkdir və bu
cür planlar həqiqətən mövcuddur: "Əgər düşmənlərimiz hərbi
variantın uğurlu olacağına əmin olsalar, onu icra etməkdə tərəddüd
belə etməyəcəklər".