Məscidi-Nəbəvi yenisi üçün söküləcək
Movqe.Az bildirir ki, Səudiyyə
Ərəbistanın müqəddəs şəhər Mədinədə Hz. Məhəmmədin (s.ə.s.)
qəbirinin də içində olduğu Məscidi-Nəbəvini sökülərək yenidən inşa
ediləcəyi xəbəri yayılıb. Rus televiziyasının "Russia Today"
internet səhifəsindəki xəbərə görə, Məscidi-Nəbəvinin genişləndirmə
işlərinə Həcc ziyarətinin bitdiyi noyabr ayının sonunda başlanacaq.
Məscidi-Nəbəvinin yerinə tikiləcək nəhəng məscid üçün 6 milyard
dollar xərclənəcək. Ancaq 1.6 milyon adamlıq yerə sahib olacaq
nəhəng məscid üçün mütəxəssislər narahat olduqlarını bildiriblər.
Məscidi-Nəbəvinin içində olan Hz. Məhəmmədin (s.ə.s.) qəbirinin
genişlənmə işləri əsnasında zərər görə biləcəyi söylənilir.
Məscidi-Nəbəvidə həmçinin Hz.Əbubəkr və Hz.Ömərin qəbirləri də
vardır. Səudiyyə Ərəbistan rəsmilərinə görə, artan hacı sayı
səbəbiylə genişlənmə edilməsi lazımdır. Hələ də Məkkə və Mədinəni
hər il ziyarət edən 12 milyon hacı sayının 2025-ci ildə 17 milyona
çıxacağı, ancaq müqəddəs məkanların bu günki vəziyyəti ilə
ehtiyaclara cavab verə bilməyəcəyi söylənilir. Vaşinqton mərkəzli
"Gulf Institute"un araşdırmasına görə də, son 20 ildə Məkkə və
Mədinədəki tarixi əsərlərin 95 faizi sökülərək yerinə yeni binalar
tikilib. Səudiyyə Ərəbistan 2002-ci ildə də Osmanlı dövründə Kəbəni
qorumaq məqsədi ilə inşa edilən Əcyad qalasını söküb və yerinə lüks
otellər inşa edib.