Əlaqə Arxiv
news Image
2012.11.02
16:48
| A A A
İran nüvə fəaliyyətlərini tamamlamaq üzrədir

Movqe.az xəbər verir ki, İran yer altında olan Fordo Nüvə strukturundakı uran zənginləşdirmə sentrifuqa yerləşdirmə əməliyyatlarını tamamlandığını açıqlayıb. İran Atom Enerji Təşkilatı başçısı Feridun Abbasi məclis görüşündən sonra Fars Xəbər Agentliyinə verdiyi şərhdə, "İran Qərb mediasının mənfi fərziyyə və xəbərlərinə baxmayaraq  nüvə fəaliyyətlərini tamamlamaqdadır" deyib. "Reuters" xəbər agentliyi ötən günlərdə Qərb diplomatlarının açıqlamalarına istinadən Tehranın Fordodakı son sentrifuqalarını da yerləşdirəcəyini bildirmişdi. Lakin diplomatlar bilinməyən bir səbəbdən ötəri yeni santrifuqaların hələ də aktiv edilmədiyini ifadə etmişdi.

Sizin Reklam Yeriniz