Əlaqə Arxiv
news Image
2012.11.02
17:21
| A A A
Yeni vertolyot xidmətinə başladı
Movqe.Az bildirir ki, Çinin ən böyük pilotsuz vertolyotu ölkənin şərqindəki Şandonq əyalətində xidmətə başlayıb. Rəsmilər, orta həcmli vertolyotun bütün sınaqlardan keçdiyini və tam olaraq istifadəyə hazır olduğunu söyləyiblər. Rəsmi "Xinhua" agentliyinin xəbərinə görə, 80 kiloqram yük daşıya bilən və maksimum sürəti saatda 161 kilometr olan vertolyotun, 1950-ci illərin "Brantly B2" modeli ilə bəzi diqqətə çarpan dizayn bənzərlikləri var. Xəbərdə, vertolyotun havada dörd saat qala bildiyi, maksimum 10 min fit xidmət səviyyəsinə sahib olduğu, 150 kilometrdən idarə edilə bildiyi və ya müstəqil uçuşa proqramlana bildiyi qeyd edilib. Vertolyotun, "Weifang Tianxiang Aerospace Industry Co.Ltd.", "Qingdao Hail helicopters Manufacturing Co. Ltd", "China National Aero-Technology Import and Export Corporation" şirkətləri tərəfindən ortaq şəkildə yaradıldığı bildirilir. Verilən məlumatlara görə, vertolyotdan ən az 15 nümunə sifariş edilib.
Sizin Reklam Yeriniz