3 uşaq atası özünü diri-diri yandırdı
Quba rayonunda 49 yaşlı kişi dəhşətli şəkildə intihar edib. Çiçi
kəndində kənd sakini, 1963-cü il təvəllüdlü Rəhim Nəzərpaşa oğlu
Süleymanovun yanmış meyidi yaşadığı həyətdə tapılıb. Araşdırmalar
zamanı məlum olub ki, Rəhim Süleymanov özü-özünü yandırıb. Onun
yanından 1 litlik plastik qabda benzin və cibindən məktub tapılıb.
Məktubda yazılıb: "Mənim ölümümdə heç kim günahkar deyil. Özüm
özümü yandırmışam. Mən öləndən sonra qəbrimin üstünə heç kim
gəlməsin".
Məlumata görə, 3 uşaq atası olan Rəhim Süleymanov bir müddət əvvəl həyat yoldaşından ayrılıb və R.Süleymanov Quba rayonlararası Nevroloji Xəstəxanada qeydiyyatda olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.