Əlaqə Arxiv
news Image
2012.11.05
13:37
| A A A
“Azerspace peykinin xidmətləri İƏT ölkələri arasında əməkdaşlığın genişlənməsinə yardım edəcək”

Azərbaycanın ilk telekommunikasiya peyki Azerspace-nin buraxılması 2013-cü ilin fevralının birinci ongünlüyündə baş tutacaq.

Bu barədə Bakıda keçirilən Regional Rabitə Birliyi Administrasiyası (RRBA) rəhbərlərinin 47-ci toplantısı və MDB-yə üzv dövlətlərin RRBA yanında informatikləşmə üzrə 18-ci Koordinasiya Şurasının birgə iclasında Azərbaycanın baş nazirinin birinci müaviniAbid Şərifovbildirib.

Onun sözlərinə görə, peykin əhatə zonasına Avropa, Asiya və Afrika ölkələri, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzvləri olan dövlətlər daxil olacaq.

"Azərbaycanın ilk telekommunikasiya peykinin göstərdiyi xidmətlər İƏT ölkələri arasında əməkdaşlığın inkişafına yardım edəcək" – deyə, A.Şərifov bildirib.

Sizin Reklam Yeriniz