Əlaqə Arxiv
news Image
2012.11.05
15:06
| A A A
Lavrov: "Suriyaya Sovet dövründə edilən razılaşmalar çərçivəsində silah satırıq"

Movqe.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriya hökumətinə Sovet İttifaqı dövründə edilən razılaşmalar çərçivəsində silah satdıqlarını söyləyib. Lavrov bu silahların Bəşər Əsədə dəstək vermək üçün deyil, xarici təhlükələrə qarşı əhalinin özünü qoruması üçün verildiyini bildirib. Misirin dövlət qəzeti əl Ahrama müsahibə verən Sergey Lavrov Suriyadakı vətəndaş müharibəsində bitərəf olduqlarını deyib. Bunun beynəlxalq hüquqa zidd olmadığını vurğulayan Lavrov xarici qüvvələri  müxalif əsgərləri qeyri-qanuni yollarla silahlandırmaqda təqsirləndirib. O, bu silahların Əl Qaidənin əlinə keçə biləcəyi xəbərdarlığını da əlavə edib. Xatırladaq ki, Rusiya ötən il Suriya hökumətinə 1 milyard dollarlıq silah satmışdı. Bunlar arasında hava müdafiəsi sistemləri əhəmiyyətli yer tutur.

Sizin Reklam Yeriniz