Məkkədə yanğın baş verib
Məkkədə təmir olunan oteldə yanğın baş verdiyi bildirildi.
Movqe.Az bildirir ki, Təxminən 15
yanğınsöndürmə avtomobilinin müdaxilə etdiyi yanğın bölgəsindən
Səudiyyə Ərəbistanlıların uzaq qalmaları ilə bağlı yerli orqanlar
tərəfindən xəbərdarlıq edilib. Yanğın haqqında hələ rəsmi bir
məlumat verilməyib. Hadisənin şahidləri əvvəl böyük bir partlayışın
baş verdiyini, sonra alışan alovlara yanğınsöndürmə briqadasının
müdaxilə etdiyini bildiriblər.