ABŞ Azərbaycana hiss etdirməlidir ki, Bakı təhdidlərə qarşı mübarizə məsələsində ondan dəstək alır.
Bu haqda ABŞ ordusunun strateji araşdırmalar hərbi kollecinin
professoruKarlayl Stiven Blank"The Hill"-də çap
olunan məqaləsində yazır:
"Ərəb dünyasını bürümüş zorakılıq amerika siyasətçilərini,
rəhbərliyini və ekspertlərini daxili və xarici təhlükələrə qarşı
müsəlman ölkələrində stabil amerikayönümlü hökumətləri necə və niyə
gücləndirmək məsələsi ətrafında düşünməyə vadar etməlidir.
Azərbaycan da belə bir dövlətdir. Baxmayaraq ki, respublika
SSRİ-nin kölgələrindən doğulmuş, inkişafda olan demokratiyadır, o
öz üzərinə əhəmiyyətli risk götürərək Əfqanıstanda, İraqda, Mərkəzi
Asiyada və bütün dünyada terrorizmə qarşı mübarizədə daim ABŞ-ın
yanında olub.
Müəllifin sözlərinə görə, Azərbaycan mütəmadi olaraq, qonşularından
gələn təhdidləri dəf edir. O qeyd edib ki, bu təhdidlər Dağlıq
Qarabağda – "dünyada ən barışmaz və təhlükəli dondurulmuş
münaqişələrdən birində" müharibənin bərpası təhlükəsini
daşıyır.
"İran Azərbaycana daim real təhlükədir", - S.Blank qeyd edir.
Professor həm də qeyd edir ki, Suriyada gedən vətəndaş müharibəsi
və İranda vəziyyətin pisləşməsi Azərbaycanın Qərb üçün strateji
əhəmiyyətini artırır.
"Bundan əlavə, Suriyadakı vətəndaş müharibəsi Türkiyəyə böyük
təzyiq göstərir. Türkiyə ilə Suriya arasındakı çoxsaylı
insidentlərdən əlavə, bu müharibə Türkiyə ilə Rusiya arasındakı
tərəfdaşlıq münasibətlərinin də pisləşməsinə səbəb olub. Türkiyə
qazın 2/3-ni Rusiyadan aldığından, müharibəyə müdaxilə etdiyi
halda, Rusiya Türkiyəyə qaz satışını dayandıra bilər. Azərbaycan
Türkiyə ilə yaxşılaşmış münasibətləri və 2011-ci ildə Türkiyədən
keçməklə Azərbaycandan Avropaya qaz kəmərinin (TransAnadolu boru
kəməri və ya TANAP) çəkilməsi haqqında ikitərəfli razılaşma
sayəsində Türkiyə və Avropaya alternativ qaz mənbələri təklif edə
bilər" – deyə o qeyd edir.
Müəllifin fikrincə, ABŞ açıq şəkildə Azərbaycana Bakını
dəstəklədiyini bəlli etməlidir. Professor hesab edir ki, ABŞ
Azərbaycanı dini təşviqat adı altında təxribatçılıq fəaliyyətinə
qarşı daxili müdafiə qüvvələrini möhkəmlədən və hökumətin
legitimliyini və Amerika Birləşmiş Ştatlarının dəstəyini yüksəldən
mühüm liberal siyasi, sosial və iqtisadi islahatları həyata
keçirməyə sövq etməlidir.
"İkincisi, biz bunu hamıya açıq şəkildə bəlli etməliyik ki,
Qafqazda yeni müharibə başlayacağı təqdirdə, bölgənin üzləşə
biləcəyi itkilər 2008-ci ildəkindən daha böyük və nəzəri cəlb edən
olacaq" - deyə, amerikalı analitik bildirib.
Müəllif hesab edir ki, bununla yanaşı, ABŞ Avropa İttifaqını Xəzər
hövzəsindən və Mərkəzi Asiyadan qazın Avropaya tədarük edilməsi
üçün xüsusi boru kəməri axtarışına təşviq etməklə məşğul olmalıdır.
Onun sözlərinə görə, belə bir şəraitdə vaxt böyük rol oynayır və
Avropaya karbohidrogenləri hansı kəmərin – "Nabucco"nun, yoxsa
TANAP-ın nəql edəcəyinin heç bir fərqi yoxdur.
Məqalədə qeyd olunur ki, rəsmi Vaşinqton öz xeyirləri üçün
Azərbaycan və Türkiyə tərəflərinin yaxınlaşması məsələsinə öz böyük
dəstəyini göstərməlidir ki, bu da öz növbəsində Yaxın Şərqdə və
Qafqaz bölgəsində baş verən proseslərə nüfuz etmək imkanı
yaratsın.
"Bu dəstək Ermənistanın və Azərbaycanın həqiqi danışıqlar masasına
cəlb edilməsi ilə bağlı yeni, koordinasiya edilmiş və ciddi
səylərlə üst-üstə düşməlidir ki, bu da özlüyündə Dağlıq Qarabağ
münaqişə kontekstindən irəli gələn bütün problemlərin yolverilən
həllini gətirib çıxara bilsin" - deyə, S.Blank qeyd edib.
O bildirib ki, belə olan halda bütün maraqlı tərəflər regiondakı
sabitliyin möhkəmlənməsi baxımından sözügedən razılaşmanı təmin edə
bilərlər. "Bu proses uğurla gedərsə, Qafqazda sabitlik yaratmağa,
Ermənistan üçün dünyaya çıxış əldə etməyə imkan yaradacaq" -
məqalədə deyilir.
Analitikin sözlərinə görə, Amerika administrasiyasının Cənubi
Qafqaza laqeyd münasibəti təhlükəlidir və doğru addım deyildir.
Professor hesab edir ki, Yaxın Şərq, İran və Qafqazda yaranan
təhdidlər Azərbaycan kimi qərbyönümlü ölkələrdə möhkəmlənməyin ABŞ
üçün nə qədər vacib olduğunu göstərir.
"Çünki əgər biz əvvəlki kimi Qafqazdan uzaq düşsək, bu etinasızlıq
tez bir zamanda çox böyük zərərlər doğuracaq. Zərərli etinasızlıq
isə həmişə olduğu kimi, təkcə qeyri-sabitliyə yox, həm də
zorakılığın uzun müddət davam etməsinə gətirib çıxarır" - o, qeyd
edib.