Əlaqə Arxiv
news Image
2012.11.06
12:57
| A A A
Bakıda iki gənc intihara cəhd edib
Onlardan biri damarını doğrayıb, digəri isə özünü zəhərləyib Ötən gün Bakıda 2 gənc intihara cəhd edib. Hüquq mühafizə orqanlarından  məlumatına görə, Nərimanov rayonunda yaşayan 25 yaşlı Şəhriyar Orucov damarlarını doğrayıb. Onu evdə ailə üzvləri qan içində tapıblar. Şəhriyar Orucov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Digər intihar hadisəsi isə Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi ərazisində baş verib. 19 yaşlı Azər İsalı 3 qutu dərman qəbul edərək həyatına son qoymaq istəyib. Ailə üzvləri onu yataqda huşsuz vəziyyətdə tapıblar. Gənc dərhal xəstəxanaya yerləşdirilib.

Hər iki faktla bağlı araşdırma aparılır.
Sizin Reklam Yeriniz