Əfqanıstanda neft çıxarılmağa başlanılıb
Movqe.Az bildirir ki, Nəhayət Əfqanıstan
geniş yeraltı qaynaqlarından istifadə etməyə hazırlaşır. Ölkənin
ilk neft sahəsi şimal əyaləti Sarıpulda nazir Vahidullah Şerani
tərəfindən açılıb. ABŞ Geologiya Təşkilatına görə isə Əfqanıstanda
1,9 milyard barrel məbləğində xam neft ehtiyatı olduğu güman
edilir. Neft qiymətlərinin eyni qalması vəziyyətində Əfqanıstan,
ölkənin 2011-ci ildəki Ümumi Millli Məhsulun (GNP) yarısı olan 9
milyard dolları neftdən qazana biləcək. Dünya Bankının 2011-ci il
hesabatına görə, Əfqanıstanın ümumdaxili məhsulunun 97 faizi hərbi
xərclər ya da hədiyyə fondlarından əldə edilir. Gələcək zamanlarda
Qabil rəhbərliyinin neft yataqlarından ildə təxminən 9 milyard
dollarlıq gəlir əldə edə biləcəyi hesablanır. Bu, Qabil üçün böyük
əhəmiyyət daşıyır.