"First Lady" işdən qovulub
Movqe.Az bildirir ki, Fransa prezidenti
Fransua Hollandenin həyat yoldaşı və Fransanın "First Lady"si
Valerie Trierueiler, illərdir jurnalistlik etdiyi həftəlik "Paris
Match" jurnalından qovulub. "Paris Match" jurnalının sahibi Arnaud
Laqarder, 47 yaşlı "First Lady"nin müqaviləsinin nəhayət bu il
bitdiyini söyləyərək müqaviləni yeniləməyəcəyini açıqlayıb. Fransız
jurnalist Cakuelin Remiyə müsahibə verən milyoner müdir, "First
Lady" ilə birlikdə işləyən zaman Elize Sarayındakı xəbərlərdən ilk
agah olma şansı qazanırdınız sözlərini eşidən kimi, "Zarafat
edirsiz? Bugünə qədər problemdən başqa bir şey gətirməyib." deyə
cavab verib. Laqarder, jurnalist "First Lady"nin müqaviləsinin ilin
axırında bitdiyini xatırladaraq müqaviləni uzatmayacağını
açıqlayıb. Xatırladaq ki, "First Lady" Trierueiler, bir neçə
həftə əvvəl ondan icazəsiz şəklini üz qabığına vuran jurnalını
tənqid atəşinə tutmuşdu.