Stenoqramın yayılması cəmiyyətdə çaxnaşma yaratmaqdan başqa heç nəyə xidmət etmədi.
Bunu hüquq müdafiəçisiSəidə Qocamanlıdigər
hüquq müdafiəçisi Leyla Yunus tərəfindən Avropa Şurasının (AŞ)
Bakıdakı nümayəndəliyində görüşün stenoqramının yayılmasına
münasibət bildirərkən deyib.
Qeyd edək ki, adıçəkilən görüşdə, Konstitusiya Fondunun prezidenti
Əliməmməd Nuriyev, Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun
üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı,
Eldar Zeynalov, SDİ direktoru Leyla Yunus AŞ baş katibinin müavini
Qabriela Battaini-Draqonini və AŞ-nin siyasi məsələlər üzrə
direktoru Aleksandr Qussellə görüşüblər.
Görüş Monitorinq Qrupunun üzvləri ilə Leyla Yunus arasında yaranmış
fikir ayrılığına görə gərgin keçib. Leyla Yunus gərginliyin həbsdə
olan islamçılara görə yarandığını bildirsə də, Novella Cəfəroğlu və
Səidə Qocamanlı bu fikirləri təkzib edib. Amma Leyla Yunus məsələyə
bir qədər də aydınlıq gətirmək üçün həmin görüşün stenoqramından
ibarət məqalə hazırlayaraq yayıb.
"Cəmiyyət bir-birinə dəydi. Leyla Yunus da öz məqsədinə çatdı. Amma
onlar hansı bəyanatı verirlər versinlər, bu bizi qorxutmur. Biz
başımızı aşağı salıb öz işimizi davam etdiririk. Biz 20 ildir hüquq
müdafiəsində mücadilə aparırıq. 3 nəfər bizim əleyhimizə bəyanat
verirsə, 15 nəfər bizi dəstəkləyir" – deyə, S.Qocamanlı qeyd
edib.
Hüquq müdafiəçisi belə addımların heç zaman onları öz yollarından
döndərə bilməcəyini vurğulayıb.
"Bizi onların rəyi maraqlandırmır. Bu dəqiqə biz şikayətçilərlə
görüşdəyik. Əgər onlar bizə güvənib bizimlə görüşürlərsə, bu bizim
nüfuzumuz deməkdir. İnsanlar bizə inanır və qapımızı döyür".
S.Qocamanlı həmçinin Avropa Şurasında artıq bu biabırçılıq,
cəmiyyətə salınan çaxnaşma haqqında məlumat olduğunu və bunu
dəstəkləmədiklərini də sözlərinə əlavə edib.