Əlaqə Arxiv
news Image
2012.11.08
18:00
| A A A
Daha bir zəlzələ

Movqe.az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi Quatemalanın Sakit Okean sahillərində dünən yerli vaxtla 12.35 radələrində 7.4 bal gücündə zəlzələ meydana gəlib. Mərkəzi əsası Çamperiko şəhərinin 24 kilometr sahillərində və 41 kilometr dərinlikdə olan zəlzələnin paytaxt Quatemalada binaları yellədiyi, Meksikada və Əl Salvadorda belə hiss olunduğu ifadə edilib. 155 nəfərin yaralandığı və təxminən 100 nəfərin da itkin düşdüyü zəlzələdə San Markos bölgəsində 131 evin tamamilə yıxıldığı bildirilib. Xatırladaq ki, Quatemalada 4 fevral 1976-cı il tarixində meydana gələn 7.5 bal şiddətindəki zəlzələdə 23 min nəfərin ölümünə səbəb olmuşdu.


Sizin Reklam Yeriniz