Xəstəlik qurbanlarının sayı artıb
Movqe.az xəbər verir ki, ABŞ-da tərkibində
bəzi steroid iynələrinin tapıldığı göbələyin səbəb olduğu miningit
xəstəliyi hadisələrində ölənlərin sayı 31-ə yüksəlib. 16 fərqli
əyalətdə 424 belə hadisəyə rast gəlindiyi açıqlanıb. Mərkəz
nümayəndələri, xəstələrin hamısının Bostondakı dərman firması
"NECC" tərəfindən çıxarılan və oynaq ağrılarının müalicəsində
istifadə edilən steroid iynələrini istifadə etdiyini təsbit edib.
Xəstəliyin yoluxucu olmadığı qeyd olunub.
Xatırladaq ki, miningit hadisələrindən sonra "NECC" may ayından bu yana istehsal olunan və 23 əyalətdəki klinikalara göndərilən təxminən 18 min steroid iynəsinin istehsalını dayandırmişdı.