Əkizləri ayırdılar
Movqe.az xəbər verir ki, ABŞ-da sinə və
qarından bitişik olan siyam əkizlər uğurlu əməliyyatla bir-birindən
ayrılıb. Həkimlər, Philadelphia Uşaq Xəstəxanasında 7 saat davam
edən əməliyyatla bir-birindən ayrılan 8 aylıq əkiz bacıların
sağlamlıq vəziyyətinin yaxşı olduğunu söyləyib. Nyu Yorkda doğulan
Alison və Amelia Taker bacılarının qaraciyər, diyafraqmaları, sinə
sümükləri və ürək pərdələri bitişik olub. Bacıların bir neçə həftə
xəstəxanada qaldıqdan sonra evlərinə göndərilməsi gözlənilir.
Cərrah Holli Hedrik Taker bacılarının xəstəxanada əməliyyat olan
21-ci siyam əizləri olduğunu bildirib.