Əlaqə Arxiv
news Image
2012.11.10
13:24
| A A A
“Heç bir ölkə problemlərdən sığortalanmayıb”
Dunya Miyatoviç: "Jurnalistlərin vəzifəsi özlərini media nümayəndəsi kimi təqdim etməkdir, tədbirin iştirakçısına çevrilmək deyil"

"ATƏT-ə üzv olan bir çox ölkədə bu mövzuda tədbirlər keçirilir. İstənilən tədbir zamanı polislər və jurnalistlərin yüksək səviyyədə əməkdaşlığı olmalıdır".
APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dünya Miyatoviç "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda seminarda bildirib.
O qeyd edib ki, belə seminarlar Azərbaycan tərəfinin istəyi ilə həyata keçirilir: "Belə tədbirlərin davamlı olması vacibdir. ATƏT-in media azadlığı üzrə nümayəndəliyi tövsiyələr gözləyir. Bu həmçinin bir praktiki mərhələdir, çünki jurnalistlərin qarşılaşdığı problemlər müxtəlif ola bilər. Heç bir ölkə problemlərdən sığortalanmayıb, biz problemləri araşdırmalıyıq. Məlumat mənbələrinə çıxış əldə etmək üçün çalışmalıyıq ki, jurnalistlər öz fəaliyyəti ilə məşğul olarkən problemlərdən uzaq olsunlar. Elə bir şərait yaratmalıyıq ki, jurnalistlərin məlumatı azad əldə etməsi üçün şərait yaransın. Jurnalistlərin vəzifəsi isə ondan ibarətdir ki, özlərini media nümayəndəsi kimi təqdim etsinlər, keçirilən tədbirin iştirakçısına çevrilməsinlər".
Sizin Reklam Yeriniz