Əlaqə Arxiv
news Image
2012.04.18
12:49
| A A A
Meksika şəhəri yaxınlığında vulkanik fəaliyyət qeydə alınıb

Dünən alimlər 19 milyondan artıq sakini olan Meksikanın cənub-şərqin "Popokatepetl" vulkanında vulkanik fəaliyyətin davam etdiyini qeyd ediblər.

Yerli hakimiyyət orqanları, məmurlar və sakinlər vulkan zonasına yaxın ərazilərdə məktəblərin bağlanması, evlərdə pəncərələrin bağlı saxlanılması və açıq havaya çıxmaqdan boyun qaçırılması kimi ehtiyat tədbirləri görməyə başlayıblar.

Təbii Fəlakətlərin Qarşısının alıması üzrə Meksikanın Milli Mərkəzindən verilən xəbərə görə, axşama doğru vulkanik fəaliyyət tədricən azalıb. Məmurlar "Popokatepetl"da həyəcan siqnalı yerləşdiriblər. Bu o deməkdir ki, yüksək miqyasın olması, lavanın püskürməsi və aralıq halqada partlayıcı fəaliyyətin baş verməsi ehtimalı var.

Agentlik bildirib ki, axşama doğru kraterin daxilində hərarət müşahidə olunub.

Qeyd edək ki, "Popokatepetl" Meksikanın ən yüksək nöqtələrindən biridir və sonuncu dəfə 2000-ci ildə püskürüb. Həmin ərazi Meksikanın cənub-şərqində yerləşir.

Ziba Yusifova

Mövqe.Az

Sizin Reklam Yeriniz