Ermənistan və Fransa prezidentləri Qarabağı müzakirə edəcək
Bu gün, noyabrın 12-də Parisdə Ermənistan və Fransa prezidentləri Serj Sarksiyan və Fransua Ollandın görüşü baş tutacaq.
Tərəflər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin
möhkəmləndirilməsi perspektivlərini müzakirə edəcəklər.
Gözlənilir ki, dövlət başçıları Dağlıq Qarabağın nizamlanması
probleminə də toxunacaqlar. Sarkisyan səfər çərçivəsində baş nazir
Jan-Mark Ero, parlamentin sədri Klod Bartoloni, Senat sədri
Jan-Pyer Bel ilə görüşəcək.
Səfər başa çatdıqdan sonra Serj Sarksiyan bir həftəlik məzuniyyətə
yollanacaq.