İran-ABŞ münasibətlərində gərginlik artmaqdadır
Movqe.az xəbər verir ki, İran İnqilab
Mühafizə komandiri ABŞ-a aid insansız hava təyyarəsinin İranın hava
sərhəddini pozması ilə bağlı Tehranın əlində dəlil olduğunu
bildirib. İnqilab Mühafizə komandir köməkçisi General Hüseyn Salami
ABŞ Müdafiə Nazirliyi rəsmiləri İranın 1 noyabrda ABŞ-a aid
insansız hava təyyarəsinə atəş açdığını açıqlamışdı. Pentaqon
rəsmiləri Amerika təyyarəsinin İran sahilinə 26 kilometr uzaqlıqda
beynəlxalq sularda uçarkən vurulduğunu iddia etmişdi. İsrail
Yerusəlim Post qəzetinin İnqilab Mühafizəçilərinə yaxınlığıyla
bilinən Maşreq xəbər saytına verdiyi müsahibəyə görə, Salami
"Amerika təyyarəsi bizim hava sahəmizdə olmasaydı əsla vurmazdıq"
ifadələrini də istifadə edib.