Azərbaycanlı ifaçı Türkiyəni ayağa qaldırdı
Azərbaycanın gənc istedadları zaman-zaman Türkiyənin müxtəlif telekanallarında nümayiş olunan müsabiqə xarakterli verilişlərdə iştirak edir.
Noyabrın 12-də Türkiyənin "Star" telekanalında nümayiş olunan "O
ses Türkiye" verilişində azərbaycanlı Elgün
Quliyeviştirak edib.
Gənc ifaçı öz çıxışı ilə Murat Boz, Mustafa Sandal, Hadise və Hülya
Avşardan ibarət olan münsiflər heyətini heyran qoyub.
Elgün Quliyev Cahangir Cahangirovun "Ay qız" mahnısını böyük
məharətlə oxuyub.
Qeyd edək ki, Ankara Universiteti Psixologiya kafedrasını bitirən
Elgün Quliyev hazırda Mərmərə Universiteti magistr pilləsində
təhsilini davam etdirir. O, "TRT Avaz" telekanalında "Sınır
Tanımayan Aşklar" proqramında işləyir.