Rusiya ABŞ-a yardım göndərib
Movqe.az xəbər verir ki, Rusiya "Sandy"
qasırğasından təsirlənən insanlar üçün iki təyyarə yardımı Amerika
Birləşmiş Ştatlarına göndərib. Rusiya Fövqəladə Hallar Nazirliyi
veb saytından verilən şərhə görə, içərisində 50 tondan çox
humanitar yardım olan 2 ədəd "İlyushin Il-76" təyyarəsi ABŞ-a
göndəriləcək. Moskvanın Ramenskoye hava limanından qalxması
planlaşdırılan təyyarənin içərisindəki yardımlarla Nyu Yorka
göndərilməsi planlaşdırılır. Son dövrdə yaşanan ən böyük
fəlakətlərdən biri olan "Sandy" qasırğası 50 milyard dollardan çox
maddi ziyana səbəb olub. Qasırğalar nəticəsində 120-dən çox insan
həlak olub.