"Microsoft"un proqram üzrə direktoru istefa etdi
Movqe.Az bildirir ki, "Microsoft"un proqram
hissəsi üzrə rəhbər Sinofski vəzifəsindən istefa etdiyini
açıqlayıb. "Windows 8" əməliyyat sistemini oktyabr ayının sonunda
təqdim edən "Microsoft", admiral gəmisi olaraq qəbul edilən
məhsulundan cavabdeh olan Sinofskinin istifa etməsi ilə sarsılıb.
Texnologiya dünyası gözlənilməz hadisə qarşısında çaş-baş qalıb.
ABŞ mərkəzli "Pacific Crest Securities" investisiya şirkətindən
Brendan Barnikl, "Bu şok bir xəbərdir. Çox ani oldu." deyib.
Barnikl, "Sinofskinin adı gələcəkdə "Microsoft"un icraçı baş
rəhbəri ola biləcək insanların adları arasında ola bilərdi." deyə
sözlərinə davam edib. Sinofskinin "Microsoft"dan ayrılması, ənənəvi
iş strategiyasını dəyişdirərək yalnız proqram çıxarmaq yerinə
təchizat istehsalına də keçiş edən "Microsoft"dakı çevrilmə
günlərinə səbəb olub.