Əlaqə Arxiv
news Image
2012.11.13
16:07
| A A A
Bakıda daha bir marşrut xətti bağlandı
Bakıda daha bir marşrut xətti bağlanıb.Qaraçuxur qəsəbəsinə işləyən 58  saylı marşrut xətti artıq işləmir. Həmin istiqamətdə işləyən 66 saylı marşrutun da bağlanacağı barədə söz-söhbət var.

"Bakı Sərnişin Nəqliyyat" Departamentinin sərnişindaşıma şöbəsinin müdiri Marlen Atayev həmin xəttin bağlanmasını təsdiqlədi. Şöbə müdiri həmin xəttin bağlanmasını marşurutun xırdatutumlu avtobuslardan təşkil olunması ilə əsaslandırdı.

M.Atayev qeyd etdi ki, sərnişinlərin problemini aradan qaldırmaq məqsədilə həmin istiqamətdə işləyən 66 saylı marşrutun xətti uzadılıb: "58 saylı avtobus həmin xətti təkrarlayırdı. Eyni zamanda xırdatutumlu "Mercedes" markalı mikroavtobuslardan təşkil olunmuşdu. Ona görə də 58 saylı marşrut ləğv edildi".

Qeyd edək ki, bir müddət əvvəl həmin istiqamətə işləyən 161 saylı marşrut xətti də bağlanmışdı.
Sizin Reklam Yeriniz