Almaz oğurluğu araşdırılır
Movqe.Az bildirir ki, Zimbabvenin "Marange"
mədənində son 4 ildə milyonlarla dollar dəyərində almazın
oğurlandığı iddia edilir. "Partnership Africa Canada" (PAC)
qrupundan verilən məlumata görə, Zimbabvedə son dövrlərdə baş verən
almaz oğurluğu "Britaniya müstəmləkə talanından sonra edilən ən
böyük soyğundur." PAC-ın hesabatında, "Marange"da baş verən
soyğunlarla Zimbabve hökumət rəsmilərinin, qiymətli daş
tacirlərinin və yerli ortaqların zəngin olduqları vurğulanıb.
PAC-ın "Nə əkərsən, onu da biçərsən: Zimbabve Marange Almaz
Mədənidəki acgözlük və korrupsiya" adlı hesabatı, hökumətin
Viktoriya şəlaləsində təşkil etdiyi "Almaz Ticarəti Konfransı"na
uyğun gətirilməsi diqqətlərdən qaçmayıb. Digər tərəfdən Zimbabveli
rəsmi səlahiyyətlilər, oğurluq hadisəsini yalanlayıb. Almazın
qaynağını araşdıraraq, terrora maliyyə axınının qarşısını almaq
üçün beynəlxalq almaz ticarətini müşahidə edən "Kimberley prosesi",
Zimbabvenin qiymətli daş ticarətinə qoyulan embarqonu 2011-ci
ildə qaldırmışdı. Zimbabvenin "Marange" mədəni dünyanın ən çox
qazanc əldə edilən mədənlərində biridir.