Vergilər nazirliyinin analitik-informasiya şöbəsindən alınan məlumata görə, noyabr ayının 13-də 2 saylı Ərazi Vergilər İdarəsinin Vergi borclarının alınması şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən, "SAS" MMC-yə məxsus (VÖEN: 2900982561) gözəllik salonu və saglamlıq mərkəzində əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Cari ilin oktyabr ayının 15-də müəssisənin 2 min 229 manat vergi borcu yaranmış, oktyabr ayının 23-də ona borc bildirişi göndərilmiş, noyabr ayının 5-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi gözəllik salonuna məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi əməkdaşları obyektdəki 2 min 500 manat məbləğində müxtəlif növ trenajor alətlərini müvafiq qaydada siyahıya alınıb.
Həmin gün vergi xidməti əməkdaşları Sumqayıt şəhərindəki daha bir obyektdə - 21-ci mikrorayonda yerləşən, fiziki şəxs Allahverdiyev Eldəniz Mahir oğluna məxsus (VÖEN: 2900532032) dəmirçi sexində də əmlakın siyahıya alınmasını həyata keçiriblər. E.Allahverdiyevin fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun cari ilin aprel ayında 2 min 828,5 manat vergi borcunun yarandığı müəyyən edilmiş, aprelin 23-də ona vergi borcu haqqında bildiriş göndərilmiş, noyabr ayının 12-də isə fiziki şəxsə məxsus əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb. Vergi əməkdaşları dəmirçi sexindəki 3 min manat dəyərində olan əmlakı müvafiq qaydada siyahıya alıblar.