Əlaqə Arxiv
news Image
2012.11.16
13:49
| A A A
Azərbaycana demokratiya iradı tutan təşkilatda totalitar idarəçilik hökm sürür

Danılmaz həqiqətdir ki, bu gün bir sıra beynəlxalq təşkilatların ölkəmiz haqda rəyləri reallıqların tamamilə əksinə olur. Belə təşkilatların qeyri-obyektiv hesabatla çıxış etmələri Azərbaycanın yenidən müstəqilliyini əldə etdiyi son 20 il ərzində özünü daim qabarıq şəkildə büruzə verib və verməkdədir.

Ümumiyyətlə, araşdırmalar göstərir ki, dünyanın müxtəlif qeyri hökumət təşkilatları Azərbaycana münasibətdə öz standartlarından yanaşırlar. Bu standartlar isə daha çox qərəz, qeyri-obyektivlik və Azərbaycanın uğurlarını görmək istəməməkdən ibarətdir. Özü də belələri əsas beynəlxalq qeyri-hökumət təşkilatları olurlar. Onlar bir qayda olaraq Azərbaycanın nailiyyətləri görməzlikdən gəlirlər.

Halbuki bu gün Azərbaycan inkişaf edir və xeyli uğurlara imza atıb. Lakin digər tərəfdən Azərbaycanın 1 milyon qaçqını var. Maraqlıdır ki, niyə həmin təşkilatlar Azərbaycanda bir milyon qaçqının hüquqlarının tapdalandığı, Ermənistanın Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti həyata keçirdiyi təqdirdə yalnız bir neçə siyasi məsələlərə mənfi reaksiya bildirirlər? Nəyə görə bu təşkilatlar yalnız müxalifətdə olan siyasi partiyaların aksiyalarını yayımlayırlar? Bir qayda olaraq, onlar Azərbaycanın milli maraqlarının təmin olunmasına yönələn məsələlərə yer ayırmırlar. Bu, onu sübut edir ki, həmin təşkilatlar bir mərkəzdən idarə olunur və həmin mərkəzlərin sifarişlərini yerinə yetirirlər. Belə mərkəzlərin bir ucu isə həmişə erməni lobbisinə gedib çıxır.

Sözügedən təşkilatlar sırasınad yer alan "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar öz siyasi maraqlarından çıxış edərək Azərbaycana qərəzli mövqe nümayiş etdirirlər. Ekspertlər tərəfindən qeyd olunur ki, insan hüquqları və demokratik proseslərə beynəlxalq ictimai nəzarət bitərəf formada həyata keçirilməli, qeyri-obyektivlikdən uzaq olmalıdır. Bu və ya digər ölkədəki hadisələrin qiymətləndirilməsi üçün iştirakçı tərəflərin mövqeyini əks etdirən müxtəlif informasiya mənbələrindən istifadə edilməlidir və bu qiymətləndirmə dolğun olmalıdır. Lakin təəssüf ki, "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar tərəfindən təqdim edilən hesabatlar bu meyarlara əsaslanan araşdırmalar əsasında hazırlanmır və bir sıra hallarda birtərəfli və qeyri-obyektiv xarakter daşıyır.

Daha bir maraqlı məqam isə bu təşkilatların özlərində demokratiya mühitinin yoxluğudur. Bunu "Unite" həmkarlar ittifaqının "Amnesty İnternational"ın London ofisindəki üzvlərinin təşkilatın rəhbərlərini istefa verməyə çağırması da təsdiq edir. Üzvlərin bəyanatına əsasən London qərargahındakı rəhbərlik "təşkilatın mövcudluğunu təhlükə altına" qoyub.

Bu bəyanatın yayımlanmasından əvvəl rəhbərlərə qarşı "etimadsızlıq hissi" nəticəsi göstərən səsvermə keçirilib. İnsan hüquqları təşkilatının bəyanatında qurumun "ədalətli və dəqiq olmayan" şəkildə təmsil etdiyi bildirilir. Həmkarlar ittifaqının üzvləri deyib ki, onlar baş katib Salil Şetti və onun rəhbərliyinin təşkilatı idarə etməyə bacarmasına inanmırlar.

"Amnesty İnternational"ın Amerika ölkələri üzrə proqram direktoru Susan Lee əməkdaşlarına yazıb ki, rəhbərliyin işçilərə ədalət və hörmətlə rəftar etməyə bacarmaması onu sarsıdıb və kədərləndirib. "Amnesty İnternational" isə baş verənləri dəyişiklik prosesi ilə izah etməyə çalışır. Lakin reallıq təşkilatın qeyri-demokratik üsullarla idarə olunduğuun göstərir.

Səməd CƏFƏROV 

Sizin Reklam Yeriniz