McDonald`s rəhbərini dəyişir
Movqe.Az bildirir ki, Dünyanın ən
böyük hamburger şəbəkəsi "McDonald's", ABŞ-dakı şirkətinin
rəhbərini dəyişdirir. Son açıqlanan satış məlumatlarından məmnun
qalmayan McDonald's rəhbərliyi, ABŞ-dakı şirkətinin bir nömrəli adı
Can Fildsın yerinə Ceff Strattonu gətirmə qərarı alıb. Şirkət
daxilində 35 il işləyən Filds, vəzifəsini 1 dekabra qədər davam
etdirəcək. Yeni müdir isə 40 ildən çoxdur ki şirkətdə işləyir.
Detroitdəki restoranda işə başlayan Stratton, 2001-ci ildə şirkətin
qərb hissəsinin rəhbərliyini əlinə alıb. Şirkətin ABŞ-dakı
dövriyyəsi keçən il 5.1 faiz, Avropada 14 faiz, Asiya-Sakit
okean-Yaxın Şərq bölgələrində 19 faiz genişlənib. Şirkətin ABŞ-dakı
satışları keçən ay 2.2 faiz geriləyib. Firmanın qazancı ilin üçüncü
rübündə 3.5 faiz enib.