Özünü öldürməyə çalışdı
Movqe.Az bildirir ki, ABŞ-ın Kolorado
əyalətindəki kinoteatrda "Batman" filminin ilk nümayişində 12 adamı
öldürən Ceyms Holmes intihara təşəbbüs edib. 27 yaşlı Holmes, əvvəl
yatağının üzərinə çıxıb özünü kürək üstü yerə atıb. Sonra isə
qaçaraq başını divarlara vurmağa başlayıb. Bir gün xəstəxanada
yatan Holmes, Denverdəki məhkəməsini də qaçırdıb. Polis
qaynaqlarından alınan xəbərlərə görə, hadisəni görənlər bu intihar
cəhdini "könülsüz" olaraq xarakterizə edib.