"Twilight" faciəsinin qarşısını anası aldı
Movqe.az xəbər verir ki, ABŞ-da bir qadın, "Twilight" (Alatoranlıq) seriyasının son filminin ilk nümayişində kinoda silahlı hücum təşkil etmək istəyən oğlunu polisə bildirib. Silahlı hücum planlaşdıran 20 yaşlı gəncin, anası tərəfindən polisə şikayət edildiyini və həbs olunduğunu bildirilib. Polis tərəfindən sorğulanan Lammersin cümə günkü nümayiş üçün bilet aldığını və əlindəki 2 silahla tamaşaçının üzərinə atəş açmağı planlaşdırdığını etiraf edib. Silahları qanuni yollarla təmin edən və 400 mərmilik sursatı olan Lammers 1-ci dərəcədən silahlı hücum, terror təhdidi və cinayətə təşəbbüslə təqsirləndirilir.