Metrodakı sıxlıq şəkillərdə əks olunub
Movqe.az xəbər verir ki, Yaponiyanın
paytaxtı Tokyonu hörümçək toru kimi əhatə edən metronu gündə 11
milyon nəfər istifadə edir. Xüsusilə səhər saatlarında metrodaki
böyük sıxlığa, alman fotoqrafı Maykl Volf çəkdiyi fotoşəkillərlə
diqqət çəkib. Sıxlıq üzündən bəzi insanlar, vaqona tam olaraq daxil
ola bilmir. Yapon rəhbərliyi, bunu aradan qaldırmaq üçün bəzi
stansiyalara vəzifəlilər yerləşdirmişdi. Bu kəslərin vəzifəsi,
vaqona tam olaraq girə bilməyən kəsləri zorla içəri itələməkdir.
Yaponların çoxunun bu vəziyyətə alışdığı görülsə də, sıxlıqdan heç
kimin şikayət etməməsi diqqət çəkib. Ancaq bəzi yerlərdə,
söyüşlərin işlədildiyi istisna edilmir.