Əlaqə Arxiv
news Image
2012.11.21
18:25
| A A A
Papa: "Hazırda 2019-cu ildə yaşayırıq"
Movqe.az xəbər verir ki, Həzrət İsanın doğum tarixini sorğulayan Vatikanın araşdırmasına görə hazırda yaşadığımız il 2012-ci il olmaya bilər. Xristianlıq dininin Katolik məzhəbinin rəhbərlik mərkəzi Vatikan Hz. İsanın gerçək doğum tarixini müzakirə edir. Bu müzakirə isə bilinən tarix qəbulunu tamamilə dəyişdirəcək. Din adamlarının son araşdırmalarına görə Hz. İsanın doğum günü olaraq qəbul edilən Milad (25 dekabr) düzgün olmaya bilər. Bu fikir doğrudursa hazırda 2012-ci il deyil, 2018 və ya 2019-cu ildir.

Dünyanı çaşdıran iddianın sahibi Papa 16-cı Benedikdir. Papaya görə, Hz. İsanın bu günə qədər bilinən doğum tarixi doğru hesaplanmayıb. "İsanın Uşaqlığı" adlı əsəri Fransada satışa çıxan Papa Hz. İsanın bilinənin əksinə 6 və ya 7 il əvvəl doğulduğunu yazıb. Çünki Hz. İsanın bu gün qəbul edilən doğum tarixindən 6-7 il əvvəl Yupiter və Saturn planetkərinin  Zodyak qurşağında birləşib. Papa hesablamasını astronom Johannes Keplerin hesablamaları əsasında edib. Papanın hesabına görə bu gün 2018 və ya 2019-ci ildə yaşayırıq.

Sizin Reklam Yeriniz