Əlaqə Arxiv
news Image
2012.11.22
19:00
| A A A
Afrika dövlətlərini müharibə gözləyir
Movqe.az xəbər verir ki, ağıllı telefon və notbukların istehsalında istifadə edilən mineralların bol olduğu bölgənin hakimiyyəti ucbatından Konqo və Ruanda arasında yenidən müharibə ola bilər.  Afrika ölkələri Demokratik Konqo Respublikası və Ruandada 5 milyondan çox insanın öldüyü və soyqırımların yaşandığı kədərli tarix bu gün təkrarlanmaq üzrədir. Konqonun şərqindəki Qoma şəhərini ələ keçirən Ruanda dəstəkli "M23" adlı  hərbiləşdirilmiş qrup, dünən stadionda yığdıqları kütləyə "Kongonu müstəqilləşdirəcəyik" deyib. "M23" xalqın onları dəstəklədiyini söyləsə də minlərlə insan evlərini tərk edib.
Sizin Reklam Yeriniz