Movqe.Az ABŞ-ın Texas əyalətində, sıx dumanın səbəb olduğu zəncirləmə yol qəzasında ən az 140 avtomobil toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 80-dən çox adam isə yaralanıb. Qəza, Houstonun 128 kilometr şərqində, "Təşəkkür günü" tətili səbəbiylə nəqliyyat artan Intersteyt 10 yolunda baş verib. Səhər saatlarında yolu ortən duman səbəbi ilə yolu görə bilməyən 140-a yaxın avtomobil, arxa-arxaya toqquşmağa başlayıb. Yol birdən döyüş sahəsinə dönüb. Avtomobil və yük maşınları əzilib. Bəzi avtomobillərin TIR-lərin arasında əzildiyi müşahidə olunub. Bir avtomobildə qalan 2 nəfər ölüb. 51 yaralı ətrafdakı xəstəxanalara qaldırılıb. 8-in vəziyyətinin ağır olduğu bildirilir. Digər yaralılar isə hadisə yerinə gələn təcili yardım avtomobillərinin həkimləri tərəfindən müalicə edilib. 8 saat ərzində bağlanan yol, əzilən avtomobillərin aparılmasından sonra yenidən açılıb.