Əlaqə Arxiv
news Image
2012.11.23
17:35
| A A A
Meksika adından narazıdır
Movqe.az xəbər verir ki, Meksika Prezidentiı Felipe Kalderon dünyada ölkənin adının Meksika olaraq bilindiyini və məclisə təqdim etdiyi təkliflə Birləşmiş Ştatları ifadəsini atmaq istədiklərini bildirib. O, "Başqa xarici dövlətləri təqlid etməyə ehtiyacımız yoxdur, Meksika, Meksikadır" ifadəsini istifadə edib. BBC-nin xəbərinə görə, 1 dekabrda vəzifə müddəti bitəcək olan Kalderonun bu təklifinin həyata keçməsi üçün, kabinetin həm 2 tərəfinin, həm də ölkədəki 31 əyalətdən əksəriyyətinin səsini alması lazımdır. 1824-cü ildə qəbul edilən Birləşmiş Meksika Ştatları adı ölkədə rəsmi sənədlərdə, pul və digər dövlət işlərində istifadə edilir. Kalderon 2003-cü ildə, hələ millət vəkili olanda da eyni təklifi məclisə təqdim etmiş,lakin təklifi təsdiq edilməmişdi.
Sizin Reklam Yeriniz