Əlaqə Arxiv
news Image
2012.11.23
18:26
| A A A
İmmiqrant qatilinə ömürlük həbs verilib
Movqe.az xəbər verir ki, İsveçin Malmö şəhərində immiqrant mənşəli insanlara qarşı ardıcıl qətliam edən 40 yaşlı Piter Manqs Malmö Bölgə Məhkəməsi tərəfindən ömür boyu həbs cəzasına məhkum edilib. 2003-2010-cu  illəri arasında immiqrant mənşəli iki nəfəri öldürdüyü, 12 nəfəri öldürməyə təşəbbüs etdiyi və çox sayda adamı hədələməsi təqsiriylə mühakimə olunan Manqs  bu gün çıxarıldığı məhkəmədə ömür boyu hökm cəzasına məhkum edilib. Məhkəmə qatili həmçinin qurbanların ailələrinə 1 milyon 175 min İsveç kronu təzminat ödəməyə də məhkum edib. 2010-ci ildə cinayətlərdə istifadə etdiyi silahlarıyla birlikdə tutulan Manqsın cinayət səlahiyyətinin tam olduğuna qərar verilmişdi.
Sizin Reklam Yeriniz