Əlaqə Arxiv
news Image
2012.11.26
16:01
| A A A
Gülər Əhmədovadan yeni xəbər var

ABU rektoru ilə qalmaqallı videosu yayıldıqdan sonra deputat mandatını itirən Gülər Əhmədovadan yeni xəbər var. Sabiq deputat "Facebook" sosial şəbəkəsi vasitəsiylə dostlarına dəvət göndərib.

O, hamını 1 dekabr 2012-ci il tarixində, saat 15:00-da Park Bulvar ticarət mərkəzində keçiriləcək "Kitab bayramı"na dəvət edib: "Əziz dostlar! 01 dekabr 2012-ci il tarixində, saat 15:00-da Park Bulvar ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən "Əli və Nino" mağazasında Əhməd Şahidovun "Sevdiyim qadın" romanının təqdimatı keçiriləcək. Mən də orada olacam. Hamınızı dəvət edirəm. Gəlin, orada görüşək, kitab bayramında..".

Gülər Əhmədova digər statusunda "Mən mütləq gələcəm o tədbirə" deyib.

Xatırladaq ki, Ə.Şahidov Gülər Əhmədova deputat olduğu müddətdə onun köməkçisi vəzifəsində işləyib.

Sizin Reklam Yeriniz