Əlaqə Arxiv
news Image
2012.11.26
15:20
| A A A
Güclü sel ölümə səbəb olub
Movqe.Az bildirir ki, Şri-Lankada meydana gələn seldə 6 nəfər həlak olub. Nəzarət Mərkəzinin spikeri Saras Lal Kumara, Hambantota bölgəsində həftə sonu təsirli olan şiddətli yağışların səbəb olduğu seldə dörd adamın boğulduğunu, iki adamın isə ildırım vurması nəticəsində həlak olduğunu bildirib. Kumara, sellərin təsiriylə yaranan torpaq sürüşmələri nəticəsində Nuvara Eliya bölgəsində təxminən 364 adamın evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Bölgədə bu ayın əvvəli baş verən tropik fırtına səbəbiylə də iki adam həlak olub, təxminən 5000 adam evlərindən didərgin düşüb.
Sizin Reklam Yeriniz