Əlaqə Arxiv
news Image
2012.11.26
16:05
| A A A
Zəncirləmə avtomobil qəzası baş verib
Movqe.Az bildirir ki, Çinin şimalındakı Şandonq əyalətində duman səbəbi ilə baş verən zəncirləmə qəzada yüzə yaxın avtomobilin bir-birinə dəydiyi bildirilir. Qəza nəticəsində ilk təyin etmələrə görə, 7 nəfər həlak olub, 35 nəfər isə yaralanıb. Çin mediasında yer alan xəbərə görə, qaza Cinq-Tai şəhərlərarası sürətli şosedə səhər saatlarında baş verib. Şosenin Taian hissəsində meydana gələn 7 fərqli qəzada 1 ölü, 11 yaralı, şosenin Ninqyanq hissəsindəki 15 yol qəzasında isə 6 nəfərin həlak olduğu və 24 nəfərin yaralandığı bildirilib. Şosedə meydana gələn zəncirləmə qəzalara sıx duman və həddindən artıq sürətin səbəb olduğu vurğulanan xəbərdə, qəza sonrası şosenin hər iki istiqamətinin bağlanıldığı söylənilib. Qəzalar ilə əlaqədar geniş ölçülü istintaq başladılıb və yaralılar yaxın xəstəxanalarda müalicə altına alınıb. Xatırladaq ki, keçən həftə ABŞ-ın Texas əyalətində də yenə sıx dumanın səbəb olduğu qəzada 100-ə qədər avtomobil bir-birinə girmişdi.
Sizin Reklam Yeriniz