Əlaqə Arxiv
news Image
2012.11.26
17:30
| A A A
ABŞ ayı partlatmağı planlaşdırıb
Movqe.Az bildirir ki, ABŞ-ın 1950-ci illərdə yaşanan soyuq müharibə dövründə ayı atom bombasıyla havaya uçuraraq Rusiyaya bunu nümayiş etdirməyi planlaşdırdığı məlum olub. Tanınmış astronom Karl Saqanın da belə bir partlayışa səbəb olan toz və qaz təsirini anlamaq üçün eyni illərdə araşdırma apardığı təyin olunub. Bu qorxunc hadisə o tarixdə layihənin başında duran silah inkişaf etdirmə mütəxəssisi Leonard Reiffelin illər sonra mətbuata etdiyi etiraf  nəticəsində ortaya çıxıb. "Daily Mail"in xəbərinə görə, 50-ci illərdə ABŞ Silah İnkişaf Etdirmə Dairəsinin rəhbəri Leonard Reiffelin çəkdiyi layihə çərçivəsində, soyuq müharibənin ən sıx günlərinin yaşandığı 1950-ci illərin sonunda Rusiyanın kosmosa göndərdiyi "Sputnik" adlı ilk süni peykə qarşı bir nümayişin olacağını düşünən ABŞ, aya atom başlığı daşıyan bir raket göndərməyi planlayıb. Layihə daxilində mərminin 1959-ci ildə atılması qərarlaşdırılıb. Buna görə amerikalı mütəxəssislər ayı əvvəl hidrogen bombalı başlıq daşıyan bir yerdən vurmağı düşünüblər. Ancaq hidrogen bombasının atom bombasına görə daha ağır olması səbəbiylə atom başlığına qərar verilib. Ancaq amerikalı hərbi səlahiyyətlilər, layihənin uğursuz olması səbəbi ilə mərminin yerə düşərək böyük zərər verə biləcəyi və ay səthində daimi radioaktiv təsir yarada biləcəyi səbəbi ilə bu plandan imtina ediblər. Bu gün 85 yaşında olan Leonard Reiffel, 1996-ci ildə ölən və o tarixdə gənc bir astronom olan məşhur alim Karl Saqanın da layihə çərçivəsində atom bombasının aydakı partlayışla yaradacağı toz və qaz təsiri üzərində araşdırma apardığını bildirib.
Sizin Reklam Yeriniz