Əlaqə Arxiv
news Image
2012.11.27
15:30
| A A A
Neftlə bağlı yeni qanuna etiraz edilib
Movqe.Az bildirir ki, Braziliyada neft gəlirləri xalqı bir-birinə qatıb. Neft gəlirlərini digər əyalətlərlə paylaşmaq istəməyən minlərlə Rio De Janeriolu etiraz nümayişi təşkil edib. Karnavalıyla məşhur Braziliyanın Rio De Janerio şəhəri bu dəfə də nəhəng etiraz nümayişlərinə səhnə olub. Neft gəlirləri qanununda ediləcək dəyişikliyə etiraz edən Riolular küçəyə tökülüb. Neft gəlirlərini digər əyaletlərlə paylaşmaq istəməyən Riolular səslərini Dövlət Başçısı Dilman Russefə eşitdirməyə çalışıblar. Nümayişçilər, neft çıxarmağın çətinliklərini yaşamayanların gəlirdən pay almasının ədalətli olmayacağını bildiriblər. Etirazçılar, yeni qanunla gəlirlərinin azalacağını, bunun da Rio de Janeironun ev sahibliyi edəcəyi 2014 Dünya Futbol Kuboku və 2016 Olimpiya Oyunlarına mənfi təsir edə biləcəyini vurğulayıblar. Yeni qanun, Braziliyadakı bütün əyalətlərin neft gəlirlərindən aldıqları payın 20 faiz nisbətində bərabər tutulmasını nəzərdə tutur. Məclisdən keçən qanun, son mərhələ olaraq həftə sonunda Dövlət Başçısı Dilman Russefin təsdiqinə təqdim ediləcək.
Sizin Reklam Yeriniz