Əlaqə Arxiv
news Image
2012.11.27
16:00
| A A A
Putin dekabr ayı səfərlərinə hazırlaşır

Movqe.Az bildirir ki, Rusiya Prezidenti Vladimir Putin, dekabr ayında bir çox səfərlər edəcək. Rus lider, sağlamlıq səbəbi ilə iki aydır təxirə saldığı söylənilən xarici səfərlərini dekabr ayında reallaşdıracaq. 3 dekabrda ilk olaraq Türkiyəyə səfər edəcək olan Putin, İstanbulda Baş nazir Rəcəb Tayyib Ərdoğan və prezident Abdullah Güllə görüşəcək. İki gün sonra Prezident Müstəqil Dövlətlər Birliyi zirvə görüşünə qatılmaq üzrə Türkmənistanın paytaxtı Aşqabata gedəcək. Putinin Türkmənistandan sonra Tacikistana keçməsi gözlənilir, laki hələ bu proqram dəqiqləşməyib. Brüsseldə 21 dekabrda reallaşacaq Avropa Birliyi liderlərinin zirvə görüşünə qatılması gözlənilən Putin, 24 dekabrda da Hindistana gedəcək. Putinin 20 dekabrda da geniş iştiraklı illik mətbuat konfransı tənzimləməsi planlaşdırılır.

Sizin Reklam Yeriniz