Əlaqə Arxiv
news Image
2012.11.27
15:59
| A A A
İqlim dəyişikliyi ilə bağlı görüş keçirilib
Movqe.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkələri Yerdə iqlim dəyişikliyilə bağlı olaraq meydana çıxan və çıxacaq olan problemlərə həll tapmaq üçün Qatarda görüşəcək. 18-ci BMT İqlim Konfransında 194 ölkə nümayəndəsi iştirak edəcək. 15 gün davam edəcək danışıqlarda, başda istixana qazının müəyyən bir proqramla azaldılması olmaqla, digər mövzularda da qərarlar alınmasına çalışılacaq. "Doha"daki yığıncaqlarda tərəflər, 2020-ci ildə qüvvəyə minəcək yeni qlobal iqlim razılaşmasının tətbiqinə istiqamətlənmiş qarşıdakı üç illik iş planı mövzusunda ortaq bir proqramda uzlaşmağa çalışacaq. Yığıncaqlara gələrkən geydiyi hicabıyla diqqəti çəkən BMT-nin İqlim siyasəti üzrə rəhbəri Kristina Fiqueres hədəflərinin "zərurət və tezliklə" təyin olunduğuna diqqət çəkib.
Sizin Reklam Yeriniz