Hicablı qız İngilis tarixinə keçib
Movqe.az xəbər verir ki, Pakistan mənşəli
Sümeyyə Kərim, İngilis Parlamentində kürsüdən çıxış edən ilk
hicablı gənc qız olaraq tarixə keçib. İngilis Parlamentinin aşağı
qanadı İcmalar Palatasının tarixi salonu və kreslolarında ötən
həftə gənclər oturub. Hər il keçirilən "Gənclik Parlamenti"
yığıncağının bu ilki iştirakçısı isə ötən illərdən fərqli idi. 16
yaşlı Sümeyyə Kərim etdiyi nitqi ilə yanaşı baş örtüyü ilə də
diqqət çəkib. İlk qadın millət vəkilinin 1918-ci ildə, ilk qadın
baş nazirin isə 1979-ci ildə seçildiyi İngiltərədə, Sümeyyə Kərim,
İngiltərə baş nazirlərinin parlamentə səsləndikləri kürsüdə çıxış
edən ilk hicablı müsəlman qadın olub.